21 oktyabr 2011 18:53

XL yenə xal itirdi, Qarabağ qələbə qazandı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub.
 
Lider “Xəzər Lənkəran” səfərdə “Bakı”nın qonağı olub. Gərgin keçən qarşılaşmada tərəflər sülhə razılaşıblar. “Qarabağ” isə səfərdə “Simurq”la münasibətlərinə aydınlıq gətirib. Rauf Əliyevin yeganə qolu Ağdam klubuna 3 xal və qələbə qazandırıb.
 
Premyer Liqa
10-cu tur
21 oktyabr (cümə)
 
Simurq - Qarabağ - 0:1 (0:0)
Qol: R.Əliyev, 60 (0:1)
Hakimlər: Elnur Muradov, Coşqun Həsənov, İsgəndər Əliyev, Hacıəli Ağayev.
Zaqatala. Şəhər stadionu.
 
Oyun başladı
Qarşılaşmanın ilk dəqiqələrində hadisələr daha çox meydanın mərkəzində davam edir
"Qarabağ" üstünlüyə yiyələnməyə, meydan sahibləri isə hücum təşkil etməyə çalışırlar
3. İlk hücum "Qarabağ"dan gəlir. Əfranın qapıya doğru zərbsi dəqiq olmur
L.Roşa zədələnir
9. İlk künc zərbəsini "Qarabağ" yerinə yetirir, lakin nəticəsizdi
"Simurq" getdikcə fəallığı artırır
21. "Simurq` hücumu zamanı Mikayıl Rəhimovun zərbəsi qapının yanından keçir
22. Alunderis sarı vərəqə ilə cəzalanır
27. Mikayıl Rəhimovun zərbəsi qapıdan aralı keçir
29. Meydan sahiblərinin qapıçısı zədələnmək bahasına da olsa, komandasını qoldan xilas edir
32. Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, qapıya doğru zərbə... Lakin qapıçı topu dəf edir
34. Əfrandan qapıya daha bir zərbə, lakin qapıçı bu dəfə də topu uzaqlaşdıra bilir
38. Ansi Aqollinin qapı qarşısında ötürməsi, lakin Rauf 3 metrdən qapıya yaxın düşə bilmir
45. İlk hissəyə 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. Əfranın sol cinahdan qapı qarşısında ötürməsinə heç kim çatmır
53. "Simurq"da ilk oyunçu dəyişikliyi: Tofiq Mikayılov Andrey Rubini əvəzləyir
56. Ansi Aqollinin sağ cinahdan ötürməsi qapıçıda qalır
58. Daha bir hücum… Əfranın qapıya doğru zərbəsi qapıdan aralı keçir
60. Aqollinin sol cinahdan Raufa ötürməsini sonuncu qolla tamamlayır - 0:1
61. Rauf Əliyev sarı vərəqə alır
65. "Simurq"un  hücumu zamanı Yevgeni Şmakov zərbəsi qapıdan aralı keçir
71. Ruaf Əliyev zədələnir və onu Bəxtiyar Soltanov əvəzləyir
75. Maksim Medvedev sarı vərəqə alır
78. "Qarabağ"da Adamiyanı İlqar Qurbanov əvəzləyir
80. Oyunun tempi artıq xeyli aşağı düşüb
85. "Qarabağ"da Roşanı Tural İsgəndərov əvəzləyir
90. Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
Bakı - Xəzər Lənkəran - 2:2 (0:1)
Qollar: E.Bonfim, 25 (0:1), U.Parks, 62 (1:1), U.Parks, 65 (2:1), D.Rusiç, 76 (2:2)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Mehman Mahmudov, Rəhim Həsənov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
 
Oyun başladı
3. Katalin Doman simulyasiyaya görə sarı vərəqə alır
7. Komandalar daha çox meydanın mərkəzində mübarizə aparır
8. Təhlükəli hücumların qurulmasına yağan güclü yağış da təsirsiz ötüşmür
10. Meydan sahiblərinin kornerdən fərqlənmək cəhdi bəhrəsizdi
11. Parksın qapı qarşısına ideal ötürməsini Verpakovski qolla tamamlaya bilmir. Halbuki, qarşısında yalnız Kamran Ağayev olan futbolçuya heç kim mane olmurdu
12. Verpakovski daha bir qol vəziyyətini boşa verir
14. Bakılıların cərimə zərbəsindən fərqlənmək istəyi də alınmır
15. İlk 15 dəqiqəni "Bakı"nın aktivinə yazmaq olar
16. Qonaqların ilk təhlükəli hücumu zamanı müdafiəçilərin uzaqlaşdıra bilmədiyi topu az qala Semedo tora qovuşduracaqdı. Son anda müdafiəçilərə dəyən top kornerə çıxır
17. Lənkəranlıların iki ardıcıl künc zərbəsi qol gətirmir
22. Elnur Abdullayevin əla zərbəsini son anda Şarliya qapıdan çıxara bilir
23. Qonaqların növbəti künc zərbəsi də bəhrəsizdi
25. Eder Bonfimin yerinə yetirdiyi cərimə zərbəsi zamanı Şarliyanın kobud səhvi hesabın açılmasıyla nəticələnir - 0:1
27. Oparanın uzaqdan zərbəsini Şarliya tutur
31. Hakimin fitindən sonra topu qapıya göndərən Parks buna görə sarı vərəqə ilə cəzalanır
33. Semedo Karqboya qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalanır
37. "Bakı" az qala hesabı bərabərləşdirəcəkdi. Amma Verpakovskinin yaxın məsafədən zərbəsi azacıq fərqlə çölə çıxır
39. E.Abdullayevin uzaqdan zərbəsi qapıdan yan keçir
40. Cəmşid Məhərrəmov da kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
41. Parksın zərbəsini Kamran tutur
42. Elvin Əliyev də kobud oyununun qarşılığında sarı vərəqə alır
45. İlk yarının əsas vaxtına 3 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. Verpakovski daha bir əlverişli qol epizodunu boşa verir
50. Oparanın cərimə meydançası həndəvərindən zərbəsi qapıdan aralı keçir
54. Verpakovski cərimə meydançasına daxil olub, qapının uzaq küncünü nişan alsa da, dəqiq olmur
55. Şoliçin cərimə zərbəsini Kamran asanlıqla tutur
57. Bakılıların çox təhlükəli hücumu zamanı qonaqların müdafiə xətti əla oynayır
60. Rəhman Hacıyevi Çesnauski əvəzləyir
62. Kamran Ağayevdən inanılmaz kobud səhv. Topu ondan oğurlayan Parks keçmiş komandasını cəzalandırmaqda çətinlik çəkmir - 1:1
65. Parks mərkəzdə topu ələ keçirib irəliləyir və 3 dəqiqəlik fasilə ilə keçmiş klubuna daha bir qol vurur - 2:1
68. Verpakovski də qonaqları cəzalandırmağa yaxın idi. Onun zərbəsini Kamran tutur
70. Pitin zərbəsi qapıdan aralı keçir
71. Mirça Rednik Vobayı Deyan Rusiçlə, Katalin Domanı Alim Qurbanovla əvəzləyir
73. C.Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan qovulur
74. Parksın əvəzində meydana Fabio Luis Ramim çıxır
76. Oparanı Branimir Subaşiç əvəzləyir
77. Rusiç uzaqdan zərbə ilə hesabı bərabərləşdirir - 2:2
78. Bu qol da Şarliyanın kobud səhvi nəticəsində gerçəkləşir. Bu qapıçının əsas heyətdəki yerini itirmək vaxtı çatdığı hiss olunur
80. Şoliçin əvəzində meydana Vadim Boret çıxır
81. Verpakovski Çesnauskini qapıçıyla üz-üzə qoysa da, sonuncunun zərbəsi qapıdan azacıq aralı keçir
82. E.Allahverdiyev də sarı vərəqə alan futbolçuların sırasına qoşulur
83. "Bakı"nın məşqçisi Novruz Əzimov texniki zonadan uzaqlaşdırılır
86. Alim Qurbanov da sarı vərəqə alır
89. Novruz Məmmədov da sarı vərəqə ilə cəzalandı
90. Əmirquliyevin uzaqdan zərbəsi qapıdan aralı keçir
90+3. Ağayev Boretin uzaqdan zərbəsini tutur
90+4. Alim Qurbanov Çesnauskiyə qarşı kobudluğa görə ikinci sarı vərəqə alaraq meydandan qovulur
Matç başa çatdı
 
Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək: 22 oktyabr - AZAL - Rəvan, Kəpəz – Neftçi, 23 oktyabr - Turan - Sumqayıt Şəhər, İnter - Qəbələ.
 
 
1
Xəzər Lənkəran
10
7
2
1
16-7
23
2
Qarabağ
9
5
2
2
11-6
17
3
İnter
9
5
2
2
7-5
17
4
Bakı
10
4
4
2
11-8
16
5
Neftçi
8
5
0
3
11-6
15
6
Qəbələ
9
4
2
3
11-10
14
7
Kəpəz
9
3
2
4
14-15
11
8
Rəvan
9
2
4
3
11-12
10
9
AZAL
9
2
4
3
10-12
10
10
Simurq
10
2
2
5
7-12
8
11
Turan
9
2
1
6
7-13
7
12
Sumqayıt Şəhər
9
0
3
6
3-13
3
 
Bombardirlər:
 
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Sergey Artyux (Turan), Dodo (Qəbələ)
3 - Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Georgi Adamiya (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.