21 oktyabr 2011 11:47

10-cu tur: Əfqan Talıbovun proqnozu

Azərbaycan veteran futbolçusu Əfqan Talıbov azerisport.az saytı üçün Premyer Liqanın 10-cu turunun oyunlarına proqnozlarını açıqlayıb. Həmin proqnozlarla sizi də tanış edirik.

Bakı – Xəzər Lənkəran
Gərgin oyun olacaq. “Xəzər Lənkəran”ın xal ehtiyatı daha yaxşıdı. Hər iki komanda görüşə ehtiyatlı başlayacaq. İlk növbədə uduzmamağa çalışacaqlar. Bu görüşdə hər şeyi bir qol həll edəcək. Fikrimcə, bu qolu da “Bakı” vuracaq və nəticədə qələbə qazanacaq.

Simurq – Qarabağ
Hər iki komanda son turda xal itirib. Buna baxmayaraq, Zaqatala klubunun oyununu qeyd etməmək olmazı. Turdan-tura “Simurq”a qarşı oynamaq çətinləşir. Amma ustalıq səviyyəsinə və anlaşma baxımından onlar “Qarabağ”dan geri qalırlar. “Qarabağ” elə səviyyədədi ki, “Rəvan”la bir heç-heçə onları ruhdan sala bilməz. Qurban Qurbanovun komandası 2:0 qalib gələcək.
 
Kəpəz – Neftçi
Gəncədə bakılılar çətin olacaq. Bu komandalar arasındakı oyunlar həmişə prinsipiallığıyla seçilib. Meydan sahibləri həmişə evdə güclü oynayırlar. “İnter”ə yenilgidən sonra “Neftçi”nin yenidən xal itirmək fikri yoxdu. Əminəm ki, heç-heçə də onları qane edəcək. Şansların 60-ın 40-a “Neftçi”nin xeyrinə olduğunu düşünürəm.
 
AZAL – Rəvan
Prinsipial oyun olacaq. Vladislav Qədirovun gəlişindən sonra artıq komanda məğlubiyyət tanımır. Yəqin ki, debütant uğurlu çıxışını davam etdirmək istəyir. AZAL-da isə gərgin ab-hava hökm sürür. Komanda mövsümə heç də yaxşı başlamayıb və sabir oyun sərgiləmir. “Rəvan”ı yenmələri də çox çətin olacaq. Heç-heçə olacağını düşünürəm.

Turan – Sumqayıt Şəhər
Hər iki komanda turnir cədvəlinin zirzəmisindədilər. Hər xal onlar üçün qızıla bərabərdi. SŞ gənc komandadı və sona kimi döyüşməyi bacarır. “Turan” da öz meydanında yaxşı çıxış edir. Düşünürəm ki, “Turan” qələbə qazanacaq.

İnter – Qəbələ
“Qəbələ” hələ də “Rəvan”a yenilgini unuda bilmir. Bölgə təmsilçisi xeyli xal itirdi. “İnter” isə ardıcıl olaraq favoritlər üzərindəki qələbələri sayəsində yüksəlişdədi. Yeri gəlmişkən, məhz bu fakt “bankirlər”i arxayınlaşdıra bilər. Az qol olacaq. Məncə, “Qəbələ” qələbə qazanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.