21 oktyabr 2011 00:18

Premyer Liqada liderlər üçün çətin sınaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, həmişəkindən fərqli bu turun oyunları 3 günə bölüşdürülüb.
 
Turun açılış oyununda "Bakı" doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edəcək. Hansı ki, sözügedən qarşılaşma həm də hesabat turunun mərkəzi oyunu olacaq. Çünki meydan sahibləri qələbə qazanacağı halda lider olan cənub təmsilçisinin əsas izləyicisinə də çevrilə bilərlər. Mirça Rednikin komandası isə zirvədəki mövqeyini daha da möhkəmləndirmək üçün mütləq qələbə qazanmalı, ən azı heç-heçəyə nail olmalıdı. Axı bu paytaxt klubuyla səfərdə baş tutan duellər adətən “ağ-yaşıllar” üçün heç də asan keçmir.
 
İlk oyun gününün daha bir görüşü Zaqatalada keçiriləcək. Cari mövsüm heç də sabit oyun sərgiləyə bilməyən “Qarabağ” “Simurq”un qonağı olacaq. Ağdam təmsilçisi “Sumqayıt Şəhər”lə oyunda olduğu kimi, son turda “Rəvan”la oyunda da inanılmaz şəkildə qələbə qazana bilmədi. İndi Qurban Qurbanovun komandası nəhayət bu oyunda eyni aqibəti yaşamamağa çalışacaq. Amma nəzərə alsaq ki, “Simurq” da asan təslim olan komanda deyil. Sergey Yuranın yetirmələri son turlarda “Neftçi” və “Xəzər Lənkəran”a uduzsa da, onlara qarşı çox yaxşı döyüşməsi ilə diqqət çəkmişdi. Bu oyunun doğma meydanda keçirilməsi “Qarabağ”a qarşı da onların asanlıqla təslim olmayacağından xəbər verir.
 
Şənbə günü də 2 qarşılaşma baş tutacaq. Artıq neçənci turdu qələbəyə həsrət qalan AZAL doğma meydanda "Rəvan"la üz-üzə gələcək. Elxan Abdullayevin komandası nəhayət bu görüşdə 3 xal qazanmaqla turnir cədvəlinin alt pillələrindən qurtulmağa çalışacaq. Çünki “təyyarəçilər” son dövrlər heç də istənilən oyunu sərgiləyə bilmirlər. Amma onları son oyunlarda məğlubiyyət tanımayan “Rəvan” gözləyir. Hansı ki, Vladislav Qədirovun gəlişindən bəri 2 qələbə, 2 heç-heçəyə nail olub. Xüsusilə, “Qarabağ”la son oyunda qazandığı 1 xal, “Qəbələ” üzərindəki səfər qələbəsi AZAL-ın da işinin asan olmayacağına işarədi.

Həmin gün “Kəpəz” də doğma meydanda “Neftçi”ni qəbul edəcək. Son çempion bu oyunda ötən tur qeydə alınan “İnter”ə yenilgini unutdurmağa çalışacaq. Gah qələbə qazanıb, gah da uduzan “ağ-qaralar” üçün Gəncə səfəri heç də asan keçməyəcək. Çünki “Kəpəz” də bu mövsümün sürpriz komandalarından sayılır. Meydan sahiblərinin bu oyunda xal qazanması heç də təəccüblü olmayacaq.
 
Nəhayət, turun son oyun günündə autsayderlər - "Turan"la "Sumqayıt Şəhər" üz-üzə gələcək. Matçın Tovuzda keçirilməsi meydan sahiblərinə böyük üstünlük qazandırır. Əsgər Abdullayevin komandası bu oyunda növbəti qələbəsini qazana bilər. Amma Sumqayıt təmsilçisi də son pillədən yaxa qurtarmaq üçün bu görüşdə mütləq xal qazanmağa borcludu. Əks halda Bernard Raabın komandasının zirzəmidəki mövqeyi daha da möhkəmlənmiş olacaq.
 
Turun qapanış matçı - "İnter" - "Qəbələ" görüşü də maraqla gözlənilir. Son turlarda ardıcıl olaraq “Xəzər Lənkəran” və “Neftçi” üzərində vacib qələbələr qazanan “bankirlər” bu oyunda da uğurlu seriyanı davam etdirməyə çalışacaqlar. Hətta “Xəzər Lənkəran”ın mümkün xal itkisi halında “İnter” liderlə xal fərqini azalda da bilər. Amma Toni Adamsın komandası da güman ki, bu oyundan ən azı xalla dönməyə çalışacaq.
 
Premyer Liqa
10-cu tur
21 oktyabr (cümə)
 
Bakı - Xəzər Lənkəran
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Mehman Mahmudov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:00.
 
Simurq - Qarabağ
Hakimlər: Elnur Muradov, Coşqun Həsənov, İsgəndər Əliyev, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Zaqatala. Şəhər stadionu. Saat 17:00.
 
22 oktyabr (şənbə)
 
AZAL - Rəvan
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, Alik Yunusov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. AZAL Arena. Saat 17:00
 
Kəpəz - Neftçi
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Gəncə. Şəhər stadionu. Saat 15:00.
 
23 oktyabr (bazar)
 
Turan - Sumqayıt Şəhər
Hakimlər: Vüsal Əliyev, Aleksandr Musatkin, Habil Əliyev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Qurban Məmmədov.
Tovuz. Şəhər stadionu. Saat 15:00.
 
İnter - Qəbələ
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Ramiz Əsədov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. "Şəfa" stadionu. Saat 19:00.
 
 
1
Xəzər Lənkəran
9
7
1
1
14-5
22
2
İnter
9
5
2
2
7-5
17
3
Neftçi
8
5
0
3
11-6
15
4
Bakı
9
4
3
2
9-6
15
5
Qəbələ
9
4
2
3
11-10
14
6
Qarabağ
8
4
2
2
10-6
14
7
Kəpəz
9
3
2
4
14-15
11
8
Rəvan
9
2
4
3
11-12
10
9
AZAL
9
2
4
3
10-12
10
10
Simurq
9
2
2
5
7-11
8
11
Turan
9
2
1
6
7-13
7
12
Sumqayıt Şəhər
9
0
3
6
3-13
3
 
Bombardirlər:
 
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Sergey Artyux (Turan), Dodo (Qəbələ)
3 - Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Georgi Adamiya (Qarabağ)

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.