21 oktyabr 2011 12:41
İspaniya, Almaniya və Türkiyə klublarının üzvləri yığmamızda
Noyabrın 7-dən 15-ə qədər Almaniyanın Duysburq şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq bu toplanışa dəvət olunmuş futbolçuların siyahısı da müəyyənləşib.
Baş məşqçi Bernard Lippert komandamızın düşərgəsinə 21 oyunçu dəvət edib. Onların əksəri yerli klublarımızda çıxış etsə də, Almaniyanın “Hannover”, Rusiyanın “Volqa”, İspaniyanın “Deportivo”, Türkiyənin “Erciyesspor” və “Sivasspor” klublarının üzvlərinə də rast gəlmək mümkündü.
Tam siyahı ilə aşağıda tanış ola bilərsiz:
Səlahət Ağayev – «İnter»
Osman Umarov – «Qarabağ»
Emil Balayev – «Sumqayıt Şəhər»
Qara Qarayev – «Qarabağ»
Novruz Məmmədov – «Bakı»
Bədavi Hüseynov – «Sumqayıt Şəhər»
Tərlan Quliyev – «Neftçi»
Ruslan Tağızadə – «Sumqayıt Şəhər»
Şamil Qurbanov – «Volqa» (Rusiya)
Hacı Əhmədov – «Sumqayıt Şəhər»
Əli Gökdəmir – «Hannover 96» (Almaniya)
Rəhman Hacıyev – «Bakı»
Mirhüseyn Seyidov – «Neftçi»
Emin Mustafayev – «Sumqayıt Şəhər»
Cavid İmamverdiyev – «Neftçi»
Araz Abdullayev – «Neftçi»
Amit Quluzadə – «Kayseri Erciyyesspor» (Türkiyə)
Asif Mirili – «İnter»
Tural İsgəndərov – «Qarabağ»
Rizvan Umarov – «Deportivo Castellon» (İspaniya)
Cihan Özkara – «Sivasspor» (Tükiyə)
