22 oktyabr 2011 13:35

Eder Bonfim: Xal itkisinə fərdi səhvlər səbəb oldu

“Xəzər Lənkəran”ın müdafiəçisi Eder Bonfim Premyer Liqanın 10-cu turunun “Bakı” ilə oyunundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb. Komandasının ilk qolunun müəllifi olan futbolçu bunları dilə gətirib:

- Maraqlı və gərgin oyun alındı. Çox qol vurulan oyunları sevirəm. Amma təəssüf ki, belə oyunu qələbə ilə başa vura bilmədik. Fərdi səhvlər sonda xal itkisiylə nəticələndi. İkinci qolda mən özüm də səhv etdim.

- Müdafiəçinin çox qollu oyunu xoşlaması bir qədər qəribədi...
- Qol futbolun gözəlliyidi. Mən ki, öz komandamın qapısında çox qol görmək istəmirəm.
 
- Siz özünüz də fərqlənə bildiniz...
- Hə, qol vurmağı sevirəm. Təəssüf ki, bu qolum qələbə üçün yetərli olmadı. Mənim bir qədər bəxtim də gətirdi. Çünki rəqib qapıçı kobud səhvə yol verdi. Nəzərə alsaq ki, oyun yağışlı havada keçirilirdi, qapıçını başa düşmək olar.
 
- Sizin qapıçı da səhvsiz ötüşə bilmədi...
- Dediyim ki, belə havada bundan sığortalanmaq mümkünsüz idi. Kamran Ağayev etibarlı qapıçıdı. O, hətta mümkünsüz epizodlarda da komandamızı qoldan xilas etməyi bacarır. Mən onu Azərbaycanın ən yaxşı qapıçısı hesab edirəm. Səhvdən isə heç kim sığortalanmayıb. Əsas odu ki, uduzmadıq.

- Son turlarda XL tez-tez xal itirir...
- Bunu dramatikləşdirmək lazım deyil. Biz “İnter”ə səfərdə uduzduq, “Bakı”yla da yenə rəqib meydanında heç-heçə etdik. Təbii ki, bu nəticələr ürəyimizdə deyil. Amma bunları unudub qarşıdakı oyunlara baxmaq lazımdı.

- Yəqin ki, artıq özünüzü zirvədə o qədər də komfortda hiss etmirsiz?
- Xal fərqi elə də böyük deyil ki, biz özümüzü o dərəcədə komfortda hiss edək. Bizim çoxlu rəqiblərimiz var. Bu üzdən arxayınlaşmaqdan söhbət gedə bilməz.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.