22 oktyabr 2011 15:19
Forum iştirakçıları AFFA Futbol Mərkəzində (FOTOREPORTAJ)
Bakıda MDB və Baltikyanı ölkələrin Milli Olimpiya Komitələrinin rəhbərlərinin XIV regional forumu keçirilir. Azerisport.az xəbər verir ki, forum iştirakçıları AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da da olublar. Baş katibi Elxan Məmmədov AFFA Futbol Mərkəzi barədə ətraflı məlumat verib və bildirib ki, “Dalğa Arena” 2012-ci ildə Azərbaycanda təşki l olunacaq FİFA U-17 qadınlararası dünya çempionatının oyunlarının keçiriləcəyi stadionlardan biridi. Sonda qonaqlara FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı hədiyyələr təqdim olunub.
