22 oktyabr 2011 17:38
Mehman Allahverdiyev: Onları nədəsə günahlandıra bilmərəm
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın 10-cu turunun “Neftçi” ilə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla baş çatan qarşılaşmadan sonra bunları dilə gətirib:
“Biz “Neftçi”nin oyununu öyrənmişdik. Rəqibin potensialını gözəl bilirdik. Bilirdik ki, onlar bizi üstələyirlər. Amma oyunçularımız özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Hətta qələbə hesabını qoruya bilməsək də, razıyam. Mən futbolçularımı nədəsə günahlandıra bilmərəm. Matçın taleyini ilk yarıda həll edə bilərdik. Sadəcə, ələ düşən şanslardan yararlana bilmədik”.
