22 oktyabr 2011 17:44
Böyükağa Hacıyev: Gəncədən 3 xalla qayıtmaq şansımız var idi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 10-cu turunun “Kəpəz”lə səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla baş çatan qarşılaşmadan sonra bunları dilə gətirib:
“Bilirdik ki, “Kəpəz”lə oyun çətin olacaq. Bu komanda istənilən rəqiblə oyunda sürprizə imza ata biləcək gücdədi. Deməzdim ki, bu gün kimsə xal qazandı, xal itirdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Heç kim hətta heç-heçə barədə də düşünmürdü. Bizim Gəncədən 3 xalla qayıtmaq şansımız var idi. Amma biz bundan yararlana bilmədik. Əvəzetmələrlə məğlubiyyətdən qurtulmağı bacardıq”.
