22 oktyabr 2011 19:18

AFFA Mahmudova yenə dəvət göndərdi

AFFA rəhbərliyi "Spartak"ın 19 yaşlı yarımmüdafiəçisi Emin Mahmudova milli yığmada çıxış etmək təklifini təkrar ünvanlayıb. Azerisport.az xəbər verir ki, Mahmudov uşaqlıqda valideynləri ilə Moskva vilayətinə mühacirət edib, orada orta və futbol təhsili alıb və Rusiya vətəndaşı kimi yeniyetmələrdən ibarət yığmalarda çıxış edib.
 
Qeyd edək ki, yarımmüdafiəçi belə bir təklifi AFFA-dan ikinci dəfə alır. Fevralda onunla federasiya rəhbərliyi səviyəsində Rövnəq Abdullayev adından danışıqlar aparılmışdı.
 
"Spartak"ın baş məşqçisi Valeri Karpin bu məsələyə belə şərh verib: “Qışda danışıqlar gedirdi, indi sakitlikdi. Necə olacağını bilmirəm, amma Eminin hər hansı qərar qəbul etmədiyi dəqiqdi. Onun gələcəyi bardə danışsaq, klubun ona marağı ciddidi”.
 
Eminin meneceri Oleq Malejik də Moksva klubunun əslən azərbaycanlı futbolçusu ilə bağlı yaranan duruma münasibətini bildirib: “Bəli, müştərimizin Azərbaycan tərəfi ilə əlaqələri olub. Ona oyunçu kimi vətənində maraq var. Ancaq Emin yığmadakı gələcək çıxışına dair qərar qəbul etməyib. Onun tələsəcək yeri yoxdu. Gələcək seçmə mərhələ 2012-ci ilin sentyabrında başlayacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.