22 oktyabr 2011 19:29
Elxan Abdullayev Rəvana məğlubiyyəti şərh etdi
AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 10-cu turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı doğma meydanda qeydə alınan 1:2 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“Oyun haqqında heç nə deyə bilmərəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Mən heç özüm də bilmirəm, komandanın belə ardıcıl uğursuzluqlarının səbəbi nədi. Sadəcə, onu qeyd edə bilərəm ki, 10-cu pillə AZAL-ın yeri deyil”.
