22 oktyabr 2011 19:36
Vladislav Qədirov: Şadam ki, istəyimizə nail olduq
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 10-cu turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı səfərdə 2:1 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları dilə gətirib:
“Bilirdik ki, bu görüşdə bizə çox çətin olacaq. Hər iki komanda xal qazanmağı çox arzulayırdı. Şadam ki, biz istəyimizə nail olduq”.
