23 oktyabr 2011 00:03
Premyer Liqada Rəvan fırtınası davam edir
Premyer Liqanın 10-cu turunun daha 2 oyunu arxada qaldı. Azerisport.az xəbər verir ki, derbi xarakteri daşıyan hər iki qarşılaşma kifayət qədər maraqlı nəticələrlə yaddaşlara köçdü.
Ötən tur paytaxt derbisində “İnter”ə məğlub olaraq çempionluq yarışında zərbə alan “Neftçi” “Kəpəz”in qonağı idi. Həmin məğlubiyyətdən sonra turnir cədvəlində ikinciliyi “İnter”ə verən son çempion 15 xalla üçüncü pillədə qərarlaşmışdı. “Kəpəz”ə gəlincə, bu komandanın in aktivində 14, passivində isə 15 qol var idi. Gəncəlilər Premyer Liqada ən çox qol buraxan komandaydı. Bununla yanaşı “Kəpəz” turnir cədvəlinin ən məhsuldar hücum xəttinə də sahib idi. Bütün bunlar qərb təmsilçisinin müdafiə xəttinin etibarsızlığının göstəricisiydi. Komanda məhsuldar hücum xəttinə sahib olsa da, arxa xəttə ciddi problemlər vardı. Bu, elə son oyunda da özünü göstərdi.
Meyman Allahverdiyevin komandası oyuna daha fəal başlayan tərəf kimi tezliklə hesabı açdı. Amma sonda cəmi 1 xalla kifayətlənməli oldu. Çünki “ağ-qaralar” fasilədən dərhal sonra bərabərlik qoluna imza atmağı bacardılar. Azərbaycanın ən köklü və titullu klublarının ötən mövsümkü duellərində “Neftçi” darmadağına imza atsa da, bu dəfə məğlubiyyətdən qaçmasına sevindi.
Yeri gəlmişkən qeyd edək ki, “Neftçi” ilə oyunda cəzalı olan müdafiəçi Şahin Kərimov meydan sahiblərinə kömək edə bilmirdi. “Neftçi”nin heyətində isə iki cəzalı futbolçu vardı. Bunlar müdafiəçi Ruslan Abışov və yarımmüdafiəçi Mirhüseyn Seyidov idi. Ola bilsin ki, ölkə çempionunun uğursuz çıxışında bu da öz sözünü dedi.
Günün digər oyununda AZAL “Rəvan”ı qonaq edirdi. 10 xalla 8-9-cu pillələri bölüşən AZAL və “Rəvan” son turlarda fərqli oyun nümayiş etdirirdilər. 5 oyundur qələbə qazana bilməyən AZAL-dan fərqli olaraq “Rəvan” Vladislav Qədirovun baş məşqçi təyin olunmasından sonra sabit oyun nümayiş etdirirdi.
Paytaxt derbisində də “Rəvan” hamını təəccübləndirməyi bacardı. Bu komanda öncə erkən qolla “təyyarəçilər”i şoka saldı. Düzdü, meydan sahibləri tezliklə bərabərlik qolunu vurmağı bacardılar. Amma qarşılaşmanın sonlarında qonaqlar qələbə qoluna da imza atdılar. Beləcə, AZAL-ın cari mövsümkü fiaskosu davam edərkən, Premyer Liqada “Rəvan” fırtınası da təəccübləndirməkdə davam edir. Hər halda debütantın son 4 oyunda 3 qələbə qazanıb, bir heç-heçə etməsi adi görünməməlidi.
Kəpəz - Neftçi - 1:1 (1:0)
Qollar: Milan Antiç, 19 (1:0), Fərid Quliyev, 48 (1:1).
Vərəqələr: Nikolay Svejentsev, 22 (qeyri-idman hərəkəti), Azər Məmmədov, 29 (hakimin qərarına etiraz) - Elvin Yunuszadə, 89 (rəqibə badalaq), Fərid Quliyev, 90+3 (bilərəkdən əllə oyun) – sarı.
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
22 oktyabr 2011. Gəncə. Şəhər stadionu. 8000 tamaşaçı.
Kəpəz: 22. Konstantin Kolesnikov, 4. Azər Məmmədov (k), 5. Muammer Ərdoğdu, 8. Armand Feutçine (11. Sabir Allahquliyev, 46), 10. Ceyhun Sultanov (19. Zaur Əsədov, 80), 14. Dmitri Parxaçov, 18. Nikolay Svejentsev, 25. Anton Qay, 28. Milan Antiç, 30. Yuri Fomenko, 34. Cavad Mirzəyev (32. Razvan Tarlea, 64).
Ehtiyat oyunçular: 1. Tural Abbaszadə, 6. Vasif Əliyev, 17. Renat Sultanov, 23. Junivan Suares.
Baş məşqçi: Mehman Allahverdiyev.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo, 11. Cavid Hüseynov (22. Fərid Quliyev, 46), 14. Bahodir Nasimov (10. Emil Mpenza, 46), 16. Alessandro Viana da Silva, 27. Rəşad Abdullayev, 32. Elvin Yuniszadə.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 13. Tural Nərimanov, 17. Araz Abdullayev, 18. Ruslan Əmircanov, 25. Cavid İmamverdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
AZAL - Rəvan – 1:2 (1:1)
Qollar: Miloş Zeçeviç, 27 (0:1), Elşən Məmmədov, 35 (1:1), Ekrem Hodziç, 89 (1:2).
Qollar: Miloş Zeçeviç, 27 (0:1), Elşən Məmmədov, 35 (1:1), Ekrem Hodziç, 89 (1:2).
Vərəqələr: Ervin Bulku, 5 (hakimin qərarına etiraz), Georgi Boqyu, 80 (simulyasiya) - Natiq Kərimi, 4 (hakimin qərarına etiraz), Hüseyn İsgəndərov, 21 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Anxel Qutyerres, 49 (simulyasiya), Con Pelu, 60 (simulyasiya), Miloş Zeçeviç, 63 (rəqibə qarşı badalaq), Sergey Çernışev, 79 (simulyasiya), Fərid Həşimzadə, 79 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, Alik Yunusov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
22 oktyabr 2011. AZAL Arena. 1100 tamaşaçı
AZAL: 12. Cahangir Həsənzadə, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 10. Nuqzar Kvirtiya, 19. Hüseyn Axundov, 17. Viktor İbekoyi, 88. Ervin Bulku, 7. Tərlan Xəlilov, 8. Elşən Məmmədov (15. Georgi Boqyu, 56), 11. Zohair Benuahi (20. Mansur Limani, 63), 23. Tales Şütz (25. Ruis Kristian, 75).
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 9. Vüsal Qarayev, 6. Mindauqas Daunoravyçius, 22. Elgün Abbaslı.
Baş məşqçi: Elxan Abdullayev.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi (6. Taqım Novruzov, 77), 7. Reys Klaudiney, 8. Tural Axundov, 9. Con Pelu, 10. Anxel Qutyerres (17. Ramazan Abbasov, 59), 18. Samuel Barlay, 20. Kristian Torres (90. Sergey Çernışev, 73), 24. Hüseyn İsgəndərov.
Ehtiyat oyunçular: 61. İvan Vasilyev, 13. Fərid Həşimzadə, 15. Tural Cəlilov, 30. Şarapudin Şalbuzov.
Baş məşqçi: Vladislav Qədirov.
Qeyd edək ki, turun iki görüşü ilk oyun günündə keçirilmişdi: Bakı - Xəzər Lənkəran – 2:2, Simurq – Qarabağ – 0:1. Qalan qarşılaşmalar isə bu gün keçiriləcək: Turan - Sumqayıt Şəhər, İnter - Qəbələ.
|
1
|
Xəzər Lənkəran
|
10
|
7
|
2
|
1
|
16-7
|
23
|
|
2
|
Qarabağ
|
9
|
5
|
2
|
2
|
11-6
|
17
|
|
3
|
İnter
|
9
|
5
|
2
|
2
|
7-5
|
17
|
|
4
|
Neftçi
|
9
|
5
|
1
|
3
|
12-7
|
16
|
|
5
|
Bakı
|
10
|
4
|
4
|
2
|
11-8
|
16
|
|
6
|
Qəbələ
|
9
|
4
|
2
|
3
|
11-10
|
14
|
|
7
|
Rəvan
|
10
|
3
|
4
|
3
|
13-13
|
13
|
|
8
|
Kəpəz
|
10
|
3
|
3
|
4
|
15-16
|
12
|
|
9
|
AZAL
|
10
|
2
|
4
|
4
|
11-14
|
10
|
|
10
|
Simurq
|
10
|
2
|
2
|
5
|
7-12
|
8
|
|
11
|
Turan
|
9
|
2
|
1
|
6
|
7-13
|
7
|
|
12
|
Sumqayıt Şəhər
|
9
|
0
|
3
|
6
|
3-13
|
3
|
Bombardirlər:
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Sergey Artyux (Turan), Dodo (Qəbələ)
3 - Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Georgi Adamiya (Qarabağ).
