23 oktyabr 2011 20:52

İnterlə Qəbələ sülhə razılaşdı, SŞ Turana da uduzdu (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də 2 görüş baş tutub.
 
Turnir cədvəlinin alt pillələrində qərarlaşan autsayderlərin duelində “Turan” doğma meydanda “Sumqayıt Şəhər”i qəbul edib. Sumqayıt təmsilçisi bu oyunda da məğlubiyyətlə barışmalı olub. Son turlarda ardıcıl olaraq “Xəzər Lənkəran” və “Neftçi” üzərində 1:0 hesablı qələbəyə sevinən “İnter” isə “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. "Bankirlər" bu oyunda da hesabı açmağı bacarıblar. Amma qonaqlar fasilədən sonra hesaba tarazlıq gətiriblər və görüş heç-heçə ilə başa çatıb.
 
Premyer Liqa
10-cu tur
23 oktyabr (bazar)
 
İnter - Qəbələ - 1:1 (1:0)
Qollar: D.Assioli, 20-pen (1:0), D.Barton, 59-pen. (1:1)
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Ramiz Əsədov, Əliyar Ağayev.
Bakı. "Şəfa" stadionu.
 
Oyun başladı
2. "Qəbələ" küncdən zərbə yerinə yetirir.B.Çervenko topu cərimə meydançasından uzaqlaşdırır
4. L.Baranin səhvindən sonra topa yiyələnən P.Zlatinov qapıya zərbə endirir.P.Doroşev topu qapıdan keçməsinə imkan vermir
10. Kobud oyuna görə V.Levin sarı vərəqə ilə cəzalanır
11. "Qəbələ"təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirir.M.Şükürovun zərbəsi qapının üstündən keçir
15. D.Bartonun uzaq məsafədən endirdiyi zərbə qapının yanından keçdi
16. "Qəbələ" ıks hücum qurur və küncdən zərbə qazanır.Qapı qarşısına asma P.Zlatinov topu cərimə meydançasından uzaqlaşdırır
19. P.Zlatinova edilən kobudluğa görə "Qəbələ"nin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunur
20. D.Assioli 11 metrlik nöqtədən hesabı açır - 1:0
21. Hakimə etdiyi etiraza görə P.Doroşev sarı vərəqə ilə cəzalanır
25. "Qəbələ"nin təhlükəli hücumu nəticəsiz qalır
26. Hücuma qoşulan V.Abramidze qapıya zərbə endirir.P.Doroşev topu tutur
30. M.Şükürovun asmasından sonra D.Assioli topu cərimə meydançasından uzaqlaşdırır
37. Qonaqların cərimə zərbəsindən fərqlənmək istəyi alınmır
39. Künc zərbəsi zamanı Baraninin zərbəsi müdafiəçilərdən qayıdır
42. L.Baranini aut atışından sonra D.Barton qapıya zərbə endirir, D.Assioli topu qapı xəttindən çıxarır
44. Dodonun uzaqdan zərbəsini Lomaya tutur
45. D.Barton hakimə etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalanır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Qəbələ" ikinci hissəyə oyunçu dəyişikliyi il başladı. S.Djeuhanın əvəzinə meydana A.Çertoqanov daxil oldu
48. "Qəbələ" sağ cinahdan cərimə zərbəsi yerinə yetirir. Qapı qarşısına asma,müdafiəçilər topu təhlükəli nöqtədən uzaqlaşdırırlar
51. "Qəbələ" küncdən zərbə yerinə yetirir. M.Şükürovun asmasından sonra D.Bartonun başla zərbəsi qeyri dəqiq alınır
53. "Qəbələ" cərimə zərbəsi yerinə yetirir. Qapı qarşısına asma,İ.Kandelaki topu meydandan çıxarır
59. D.Barton 11 metrlik cərimə zərbəsindən sonra hesabı bərabərləşdirir - 1:1
64. N.Hacıyevin əvəzinə meydana E.Abdulov daxil olur
71. P.Zlatinovun asmasından sonra A.Çertoqanov topu meydandan çıxarır
72. A.Daşdəmirovun uzaqdan zərbəsi qapının üstündən keçir
73. "Qəbələ"nin təhlükəli əks hücumunun qarşısını D.Assioli alır
74. "İnter"də oyunçu dətişikliyi.B.Sxadadzenin əvəzinə meydana E.Krastovçev daxil olur
76. "Qəbələ" künc zərbəsi yerinə yetirir.A.Çertoqanovun asması V.Levin başla topu cərimə meydançasından uzaqlaşdırır
78. D.Bartonun zərbəsindən sonra top qapı tirinə tuş gəlir
80. P.Zlatinovun cərimə zərbəsindən qapı qarşısına asmasından sonra İ.Niasse başla qapıya zərbə endirir.Top qapının üstündən keçir
82. B.Çervenkonun zərbəsini P.Doroşev tutur
88. Dodonun zərbəsi qeyri dəqiq alınır
90. Oyunun əsas vaxtına üç dəqiqə əlavə olunur
Matç başa çatdı
 
Turan - Sumqayıt Şəhər - 1:0 (1:0)
Qol: Sergey Artyux, 30-pen. (1:0)
Hakimlər: Vüsal Əliyev, Aleksandr Musatkin, Habil Əliyev, Rauf Cabbarov.
Tovuz. Şəhər stadionu.
 
Oyun başladı
"Turan" gözlənildiyi kimi, oyuna daha fəal başlayıb
Əsas diqqəti müdafiəyə ayıran qonaqların əks-hücum cəhdi bəhrəsiz qalır
Meydan sahiblərinin xüsusilə sol cinahdan hücumları təhlükəli olmağa başlayıb
Sergey Artyux qonaqların qapısına yol tapır...amma öncə ofsayd qərarı var idi
Artyux hesabı açmağa yaxın olsa da, qonaqların qapıçısı yaxşı oynayır
Sergey Artyux penaltini dəqiq yerinə yetirərək hesabı açır - 1:0
Ukraynalı futbolçu dublunu rəsmiləşdirməyə yaxın olsa da, bu şansdan yararlana bilmir
Qonaqların daha bir əks-hücum cəhdi uğursuzluqla nəticələnir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Qonaqların qapıçısı Nadir Nəbiyevin fərqlənməsinə mane olur
Sumqayıtlıların bərabərlik qolunu vurmaq istəyi alınmır
"Turan" oyuna tam nəzarət edir
SŞ-in qapısı qarşısında daha bir təhlükə...müdafiəçilər qola imkan vermirlər
Oyun bir qədər sakit məcrada davam etməyə başlayıb
Artyux daha bir əlverişli vəziyyəti boşa verir
"Turan"ın qapısına uzaqdan zərbə dəqiq alınmır
SŞ hesabı bərabərləşdirmək üçün fəallaşıb, oyunu rəqibin qapısı qarşısına keçirib, amma faydasızdı
Matç başa çatdı
 
Qeyd edək ki, turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi: Bakı - Xəzər Lənkəran – 2:2, Simurq – Qarabağ – 0:1, AZAL - Rəvan – 1:1, Kəpəz – Neftçi – 1:1.
 
 
1
Xəzər Lənkəran
10
7
2
1
16-7
23
2
İnter
10
5
3
2
8-6
18
3
Qarabağ
9
5
2
2
11-6
17
4
Neftçi
9
5
1
3
12-7
16
5
Bakı
10
4
4
2
11-8
16
6
Qəbələ
10
4
3
3
12-11
15
7
Rəvan
10
3
4
3
13-13
13
8
Kəpəz
10
3
3
4
15-16
12
9
Turan
10
3
1
6
8-13
10
10
AZAL
10
2
4
4
11-14
10
11
Simurq
10
2
2
5
7-12
8
12
Sumqayıt Şəhər
10
0
3
7
3-14
3
 
Bombardirlər:
 
5 - Sergey Artyux (Turan)
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ)
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.