23 oktyabr 2011 22:38
Vaqif Sadıqov səkkiz qol izlədi (YENİLƏNİB)
Futbol üzrə Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovun məşqçi işlədiyi "Anji" CSKA-nı qəbul edib.
8 qolun vurulduğu oyunda CSKA 5:3 hesablı qələbə qazanıb. Moskva klubunun heyətində Seydu Dumbiya het-trik edib, Vaqner Lav və Alan Dzaqoyev hərəyə bir qol vurub. "Anji"nin qollarından ikisinə Yan Qolenda, birinə isə Samuel Eto`O imza atıb.
Hələ də milli komandamızda çıxış etmək şansı olan Emin Mahmudovun çıxış etdiyi Moskva "Spartak"ı "Tom"u qəbul edib və 4:0 hesablı qələbə qazanıb. Arinin dubl etdiyi oyunda Marek Suçi və Dmitri Kayumov hərəyə bir qol vurub. Eminin adı 18-liyə daxil edilsə də, meydana çıxmayıb.
