22 oktyabr 2011 11:29

Parks: XL-da sadəcə bir nəfərə nəyisə sübut etmək istəyirdim

“Bakı”nın hücumçusu Uinston Parks Premyer Liqanın 10-cu turunun “Xəzər Lənkəran”la oyunundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Keçmiş komandanıza qarşı oyunu necə qiymətləndirərdiz?
- Yaxşı oyun alındı. Hava şəraitinin futbol oynamaq üçün əlverişli olmamasına rəğmən, baxımlı, maraqlı oyun idi. Biz qələbəyə yaxın idik. Amma son anda alınmadı.
 
- Sabiq klubunuza qarşı ilk oyundaca dubla imza atdınız..
- Mən hər oyunda qol vurmağa çalışıram. Əsas odu ki, bunun üçün şərait yaranır. Şadam ki, ələ düşən vəziyyətlərdən yararlana bildim. Ümid edirəm ki, bundan sonra daha çox qol vuracağam.

- Bəs öz meydanınızda qələbə qazanmağınıza nə mane oldu?
- Şans futbolda sonuncu amildi. Belə deyərdim ki, bu gün məhz şansın bizim tərəfimizdə olmaması sözünü dedi.

- Bəs Cəmşid Məhərrəmovun meydandan qovulması?
- Ola bilsin ki, kapitanımız meydandan qovulmasaydı, qələbə qazanacaqdıq. Amma bu, sadəcə ehtimaldı. Matç artıq başa çatıb və heç nəyi dəyişmək olmaz.
 
- “Xəzər Lənkəran”la oyuna xüsusi hazırlaşmışdız?
- Mən bu komandaya qarşı oyuna, dubl etməyimə qisas kimi baxmaq istəmirəm. Mənim bu komandada hamı ilə gözəl münasibətlərim vardı və indi də qalmaqdadı. Ad çəkmək istəmirəm. Sadəcə, bir nəfərə nəyisə sübut etmək istəyirdim.

- Bu, rəhbərlikdən idi?
- Xeyr. Rəhbərliklə mənim heç bir problemim olmayıb.

- Mirça Redniklə)
- (Gülür) Şərhsiz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.