22 oktyabr 2011 00:27

Hafiz Məmmədov: Bu nəticəni qələbəyə bərabər tuturam

“Bakı"nın prezidenti Hafiz Məmmədov Premyer Liqanın 10-cu turunun "Bakı" - "Xəzər Lənkəran" qarşılaşmasından oyun (2:2) barədə klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, oyunu stadiondan böyük maraqla canlı izlədiyini bildirən klub rəhbəri ayrı-ayrılıqda futbolçuların və ümumilikdə komandasının nümayiş etdirdiyi mübarizə əzmini yüksək qiymətləndirib. İtirilən 2 xalın üzüntüsünü dilə gətirən Hafiz Məmmədov komandanın qələbəyə layiq oynadığını bildirib:
 
"Bu gün çox güclü rəqibə qarşı oynayırdıq. Unutmayaq ki, "Xəzər Lənkəran" Bakıya turnir cədvəlinin lideri kimi gəlib. Eyni zamanda rəqibimiz ölkənin ən iddialı klublarından biridi. “Xəzər Lənkəran” səviyyəli futbolçulardan qurulmuş güclü komandadır, sürətli və yaradıcı oyun göstərir. Güclü yağış və küləkdən doğan çətin hava şəraiti oyunun gedişində öz sözünü dedi, bununla belə futbolçularımızın sona qədər əzmkarlıqla mübarizə aparması bütün bakısevərlər kimi məni də sevindirdi. Bu oyun klub üçün həm də onunla əlamətdar idi ki, "Bakı" ilk dəfə Azərbaycan çempionatı oyununda rəqibi özünə aid təlim-məşq bazasının stadionunda qəbul etdi. Burada görülən işləri yüksək qiymətləndirirəm, klubun kollektivi belə prinsipial qarşılaşmanın səviyyəli şəkildə təşkili üçün böyük işlər görüb. Bu fəaliyyət davam etdiriləcək, əminəm ki, növbəti oyunlarda şərait daha da yaxşılaşdırılacaq. Təlim-məşq bazası və futbol akademiyasının səviyyəcə yeni müstəviyə yüksəldilməsi sahəsində ciddi çalışmalarımız var, bu tamam başqa bir söhbətin mövzusudur. Yalnız onu deməklə kifayətlənirəm ki, planlarımız genişdi”.
 
Uinston Parksın sabiq klubunun qapsına iki qol vurmasına münasibət bildirən Hafiz Məmmədov bunu kosta-rikalı hücumçunun özünün sübutu kimi dəyərləndirdi: "Parks karyerasını "Bakı"da davam etdirəcəyi barədə qərar verəndə bir çoxları bunun səhv addım olduğunu, onun gələcək karyerasının uğurunun şübhə altına alındığını söyləyirdilər. Bu gün Parks öz oyunu ilə meydan sahibinin kim olduğunu göstərdi, komandamız sonda qələbəni əldən versə də, bu azarkeşlərimiz üçün nə qədər acı olsa da, mən bu nəticəni qələbəyə bərabər sayıram. Bütün futbolçularımızın zəhmətini və məşqçi heyətinin işini qeyd etmək istəyirəm, Uinston Parksı isə oyunun ən yaxşısı kimi qiymətləndirirəm".
 
Nəticədən də önəmli meyarların olduğunu vurğulayan klub prezidenti futbolçuların mükafatlandırılacağını bildirdi: "Komanda bu oyuna görə qələbə reytinqinə uyğun şəkildə mükafatlandırılacaql. Mən bu nəticənin qələbəyə bərabər olduğu qənaitindəyəm. Bu, Premier Liqa miqyaslı turnirdə ilk klassik ev oyunumuz anlamına gəlirdi, “Bakı” ilk dəfə rəqibi klub stadionunda qəbul edirdi, azarkeşlərimiz də komandamıza dəstək verərək tribunaları doldurmuşdular. Gözəl abu-hava yaranmışdı. Futbolçularıma və məşqçilərimizə təşəkkür edirəm ki, bizə bayram əhval-ruhiyyəsi yaşatdılar, öz oyunları ilə ümidləri doğrultdular. Komanda oyuna qələbə üçün çıxmışdı, bunu sona qədər seyr etmək mümkün idi”.
 
Əldən verilən qələbədə kiminsə günahlandırılmasını düzgün olmadığını bildirən Hafiz Məmmədov artıq bu oyunu unudub, gələcək qarşılaşmalara hazırlıqların davam etdirilməsini vacib sayır:
 
“Kimsə buraxılan qollarda Marko Şarliyanı günahlandırmasın. Marko təcrübəli və səviyyəli qapıçıdı. O, artıq necənci mövsümdü ki, “Bakı”nın çərçivəsini qoruyur. Onun illər boyu sərgilədiyi inamlı oyunları sadalamaqla biltməz. Şarliya çox oyunlarda komandamızı xilas edib. Onu ittiham etmək düzgün deyil. Qeyd etdiyim kimi bütün komanda mükafata layiq görülüb, bundan əlavə Uinston Parks və Marko Şarliyaya klub rəhbərliyinin xüsusi hədiyyələri təqdim olunacaq”.
 
Stadionu ikili hisslərlə tərk etdiyini açıqlayan klub prezidenti bunun səbəbini belə izah etdi: “Liderlə və çox güclü rəqiblə oyunun sonlarında qələbəni qoruya bilmədik, bu bizi təssüfləndirir. Amma bununla bərabər komandamızın göstərdiyi səviyyəli oyun və əzmkarlıq alqışa layiqdi. Rəqib hesabı bərabərləşdirdikdən sonra yenə də qol vurmaq imkanlarımız oldu. Təəssüf ki, qalib gələ bilmədik. Qarşıdan gələn oyunlarda komandamıza uğurlar arzulayıram."

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.