22 oktyabr 2011 12:48
FİFA da Kosovaya üz çevirdi
FİFA Kosovanın quruma üzvülüyü məsələsinə yenidən baxıb. Azerisport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yayımlanan prezident Jozef Blatterin imzaladığı sənəddə məlumat verilib.
Sənəddə bildirilir ki, FİFA UEFA-nın Kosova ilə bağlı qəbul etdiyi qərarı dəstəkləyir. Qeyd edək ki, UEFA Kosovanı üzvülüyə qəbul etməyib və bu ölkənin yığmasının beynəlxalq oyunlarda iştirakına icazə vermir. UEFA bu qəranı Kosovanın BMT üzvü olmaması səbəbindən atıb.
Qeyd edək ki, Kosova 2008-ci ildə müstəqilliyini elan edib. Serbiyanın təzyiqlərinə rəğmən artıq 85 ölkə Kosovanın müstəqilliyini tanıyıb. Lakin ölkə hələ də BMT üzvü deyil. Bu səbəbdən ali futbol qurumları Kosovanı üzvlüyə qəbul etmir.
