22 oktyabr 2011 00:45
Parks XL-la oyundan sonra hər tura qol sözü verdi
Ötən gün Premyer Liqanın 10-cu turu çərçivəsində keçmiş komandası "Xəzər Lənkəran"a qarşı oynayan "Bakı"nın futbolçusu Uinston Parks bu matçla bağlı fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, kosta-rikalı futbolçu hisslərindən də danışıb:
"Hər iki komanda gözəl oyun sərgilədi. Baxımlı oyun alındı. Günü-gündən oyunumu yaxşılaşdırıb, "Bakı" üçün əlimdən gələni etmək istəyirəm. Bu oyunda keçmiş komandama qarşı oynadım. "Xəzər Lənkəran" mənim Azərbaycanda ilk klubum olub. Amma indi mən "Bakı"nın formasını geyinirəm və əlimdən gələni edirəm ki, komandam uğurlu nəticələr qazansın. Vurduğum qolun bütün komandada inam yaratdığına inanıram. Mənim özümdə də inam yarandı. İnanıram ki, bundan sonra hər dəfə meydana çıxanda qol vuracam".
