22 oktyabr 2011 13:02
“Qarşıdakı matçlarda daha yaxşı oyun sərgiləyəcəyik”
"Bakı"nın futbolçusu Denis İvanov Premyer Liqanın 10-cu turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, latviyalı müdafiəçi Lənkəran klubuyla 2:2 hesabıyla başa çatan qarşılaşmada komandasının oyunundan razı qalıb:
"Biz ilk dəfə öz stadionumuzda oynadıq və bu məni çox sevindirdi. Tribunalar tam dolmuşdu, əla atmosfer var idi. Komandamız həqiqələn əla oyun sərgilədi. Oyunumuz məni razı saldı. Çempionat hələ yeni başlayır. Qarşıdakı matçlarda daha yaxşı oyun sərgiləyəcəyik”.
