23 oktyabr 2011 13:03
Maris Verpakovski: Hələ hər şey qabaqdadı
“Bakı”nın hücumçusu Maris Verpakovski Premyer Liqanın 10-cu turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında heç-heçə (2:2) başa çatan oyunla bağlı bunları dilə gətirib:
"Oyun çox maraqlı alındı. Fikrimcə, azarkeşlər xüsusən ikinci yarıdan razı qaldılar. Bu stadiondakı ilk oyunumuzda azarkeşlərimizə qələbə bəxş etmək istəsək də, alınmadı. Fasilədən sonra qələbə qazanmaq üçün yaxşı imkanlarımız oldu, amma yararlana bilmədik. Təəssüf ki, qol vura bilmədim. Heç-heçə məni qane etmədi. Amma hələ hər şey qabaqdadı”.