23 oktyabr 2011 13:18
Vaqif Cavadov hakimlərdən şikayətləndi
Vaqif Cavadov komandasının Rusiya Premyer Liqasının 28-ci turundakı yenilgisini şərh edib. Azerisport.az xəbər verir ki, o, “Volqa”nın “Krasnodar”a 2 cavabsız qolla uduzduğu oyundan sonra klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Mənim fikrimcə, “Krasnodar”ın cərimə meydançasınakı epizod mübahisəli idi. Kudryaşov mənə qarşı qaydanı pozmuşdu. Bunu hər kəs təsdiqləyə bilər. O, arxadan topa heç cür toxuna bilmirdi. Hakimin qərarını öz insafına buraxıram.

Mən bu gün pis oynadığımızı deyənlərlə razı deyiləm. İlk qol hakim səhvi idi. İkinci qolu da bütün komandayla irəli atıldığımız vaxtda buraxdıq. Uduzduq, amma yaşayırıq və işləmək lazımdı. Növbəti oyunlara hazırlaşmalı olacağıq. Fikrimcə, məşqçilər korpusu nələrisə dəyişməyə çalışacaqlar. Biz ciddi hazırlaşmalı olacağıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik”.