23 oktyabr 2011 13:42

Tunc Afşar millimizin üzvü ilə evləndi, TFF prezidenti Bakıya gəldi (FOTO)

Artıq 3 ilə yaxındı “Bakı” futbol klubunda müxtəlif vəzifələrdə çalışan türkiyəli iş adamı Tunc Afşarın voleybol üzrə milli komandamızın üzvü Natəvan Qasımova ilə ailə həyatı qurmağa hazırlaşdığı çoxdan məlum idi. Azerisport.az xəbər verir ki, onlar nəhayət ki, bu arzularına çatıblar.
 
Özü də Bakıda təşkil olunan möhtəşəm toy mərasimiylə. Cütlüyün nigah şahidləri arasında isə Türkiyə Futbol Federasiyasının (TFF) prezideni, “Acıbadem” Xəstəxanalar qrupunun rəhbəri Mehmet Ali Aydınlar da olub. TFF prezidenti ilə yanaşı Afşarı bu şad günündə İzmir və İstanbuldan olan dostları da yalnız bıraxmayıblar.
 
Qonaqların arasında xeyli diqqət çəkən isimlər var: Acıbadem Xəstəxanalar qrupunun baş koordinatörü Emin Baş, Türkiyə Qolf Federasiyasının vitse-prezidenti Tuncer Afşar, “Bostanlıspor” klubunun və Basketbol Adamları Dərnəyinin prezidenti Avni Erboy və həyat yoldaşları, “Bakı”nın prezidenti Hafiz Məmmədov, “Bakı”nın fəxri prezidenti Anar Məmmədov, “Bakı”nın baş meneceri Zeynal Məmmədov, Azərbaycanın voleybol üzrə yığmasının baş məşqçisi Faiq Qarayev, eləcə də millimizin üzvləri. Natəvanı da bu xoş günündə qohumları və yaxın dostları yalnız buraxmayıblar.
 
Bakı Əyləncə Mərkəzində baş tutan və möhtəşəm atmosferdə keçən tədbirdə TFF prezidenti Mehmet Ali Aydınlar çıxışında bunları deyib: “Tunc mənim yaxın dostumdu. “Fenerbahçe Acıbadem”in dünya miqyasında uğurlarında böyük əməyi olub. Onu təbrik edirəm. Bir-birilərinə çox yaraşırlar. Ömür boyu xöşbəxt olsunlar”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.