23 oktyabr 2011 14:05
Qəbələ İnteri məğlub edəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 10-cu turunun “İnter” – “Qəbələ” matçı necə bitəcək” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə sizi də tanış edirik.
Beləliklə, bu sorğuya qatılan respondentlərin 39 faizi sözügedən qarşılaşmada “Qəbələ”nin qələbə qazanacağını proqnozlaşdırır. “İnter”in qələbə qazanacağına inanlar isə 32 faiz təşkil edir.
Yerdə qalan 29 faiz də qarşılaşmanın heç-heçə bitəcəyini proqnozlaşdırır.
