23 oktyabr 2011 14:44
“Qələbə üçün hər şeyi edəcəyik”
“İnter”in müdafiəçisi Vladimir Levin Premyer Liqanın 10-cu turunun “Qəbələ” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb. “Bankirlər”in kapitanı öncə bunları dilə gətirib:
"Qəbələ" ilə oyunda qələbə seriyasını davam etdirmək istəyirik. Ötən dəfə "Neftçi"ni, ona qədər "Xəzər Lənkəran"ı məğlub etmişdik. "Qəbələ" zəif komanda deyil. Amma bu oyunda da qələbə üçün hər şey edəcəyik”.
Onun sözlərinə görə "Qəbələ" ilə oyunda "İnter" ehtiyatlı oynayacaq: "Xəzər Lənkəran"la oyunda biz onları tanıdığımız üçün hücuma keçəcəklərini, irəli atılacaqlarını bilirdik. Buna görə də qoldan sonra ikinci plana əsasən oynadıq. Özü də oyunu səfərdə keçirirdik. "Xəzər Lənkəran"la oyunda biz vəziyyəti idarə edirdik. Düşünmürəm ki, evdə müdafiədən oynayacağıq. Ancaq hər halda bu oyunda hansı taktikadan istifadə edəcəyimizi məşqçi müəyyən edəcək”.
Levin geridə qalan turlarda ən az qol buraxan komanda olmalarına da toxunub: “Doqquz oyuna hamıdan az qol buraxmışıq. "Qəbələ" isə çox qol vurur. Belə ki, bizim müdafiəmizin onların hücum xətti ilə qarşıdurmasını izləmək maraqlı olacaq. Hər halda biz bu oyuna ciddi hazırlaşırıq”.
"Bankirlər"in kapitanı heç-heçənin hər iki halda qənaətbəxş nəticə olacağını hesab edir: “Şübhəsiz, biz də, "Qəbələ" də qələbəyə oynayacaq. Hər şeyi oyun göstərəcək. Bu, görüşün necə baş tutmasından asılı olacaq. Əgər biz oyunun gedişində hesabda geri düşüb, bərabərliyi yaxalasaq, bu, qənaətbəxş nəticə olar. Heç nəyə baxmayaraq biz qələbə üçün meydana çıxacağıq”.
