23 oktyabr 2011 14:50
Vaqif Cavadovun çıxışına yüksək qiymət
Rusiya mətbuatı azərbaycanlı futbolçu Vaqif Cavadovun Premyer Liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, “Volqa”nın üzvü “Krasnodar”la ev oyununun 62-ci dəqiqəsində meydana çıxmasına baxmayaraq, ən yaxşı qiymət alan futbolçulardandı.
Qeyd edək ki, Cavadovun komandası bu görüşdə 0:2 hesabıyla məğlub olub. Vaqif bu görüşdə ciddi nə iləsə yadda qalmasa da, sports.ru onun çıxışını 5,5 balla qiymətləndirib. championat.com da Vaqifə 6,0 bal verib.
