23 oktyabr 2011 18:55
Yığmamızın forvardı oynamadı, komandası biabır oldu (YENİLƏNİB)
Bu gün Türkiyə Superliqasında 7-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” səfərdə “Kayserispor”un qonağı olub.
Qarşılaşma 6:2 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Bu nəticədən sonra Özkaranın komandası Superliqada 8 xalla 12-ci pillədə qərarlaşıb.
Ötən oyunda olduğu kimi, Cihanın bu dəfə də meydana çıxması gözlənilirdi. Lakin bu dəfə millimizin üzvü "18-liy"ə də salınmayıb.
Türkiyə Superliqası
7-ci tur
23 oktyabr
Kayserispor - Sivasspor - 6:2 (2:1)
