23 oktyabr 2011 17:08

“Hakimin ağzından şərab zavodunun iyi gəlirdi”

Sərxoş hakim Çexiya futbolunda qalmaqala səbəb olub. Azerisport.az xəbər verir ki, ölkə çempionatının aşağı liqasında çıxış edən "Jestrabi Lhota" və "Tynec-nad-Labem" klubları arasında keçirilən və 1:1 hesabı ilə başa çatan oyunun hakimi Tomas Fidra meydana sərxoş vəziyyətdə çıxıb.
 
"Jestrabi Lhota"nın rəsmisi Karel Dusek "Lidove Noviny" qəzetinə açıqlamasında Tomas Fidranın sərxoş olduğunu və 3 futbolçunu heç bir səbəb olmadan meydandan qovduğunu bildirib. Amma qaydalarda hakimin sərxoş olması ilə bağlı maddə olmadığından komandalar meydana yarımçıq tərk etməyərək, oyunu sona qədər davam etdiriblər: "Hakimin ağzından şərab zavodunun iyi gəlirdi. Özü də bir içki məclisindən gəldiyini etiraf etdi".
 
Hakim oyun ərzində bir neçə dəfə yerə yıxılıb, heç bir məntiqə sığmayan qərarlar qəbul edib. Referi qonaq komandanın üç futbolçusuna heç bir səbəb olmadan qırmızı vərəqə göstərib. Bunu görən meydan sahibləri hücum etməmək qərarına gəliblər və oyunu 1:1 hesabı ilə bitiriblər. Onların bu hərəkəti azarkeşlərin alqışına səbəb olub.
 
Artıq federasiya oyunun nəticəsi ilə bağlı qərar qəbul edib. Qarşılaşmanın nəticəsi ləğv olunub, Tomas Fidra isə 12 ay müddətinə hakimlikdən uzaqlaşdırılıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.