23 oktyabr 2011 17:37
Bernard Raab: Bunu, öncədən də təxmin edirdim
“Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raab Premyer Liqanın 10-cu turunun “Turan”la səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun almaniyalı çalışdırıcısı 0:1 hesabıyla məğlub olduqları qarşılaşmadan sonra bunları dilə gətirib:
“Bu, həqiqətən də turnir cədvəlinin zirzəmisində qərarlaşan iki komandanın görüşü idi. Öncədən də təxmin edirdim ki, bu görüşün taleyi standart vəziyyətdən həll olunacaq. Elə də oldu. Mənim qapımıza təyin olunan penalti ilə bağlı heç bir sözüm yoxdu”.
