23 oktyabr 2011 17:53
Əsgər Abdullayev: Xoşbəxtlikdən bu, bizdə alındı
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 10-cu turunun “Sumqayıt Şəhər”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı 1:0 hesabıyla qələbə qazandıqları qarşılaşmadan sonra bunları dilə gətirib:
“Bu oyunda bizə qələbə qazanmaq lazım idi. Buna da nail olduq. İkinci hissədə bəzi oyunçularımız yorulmuşdu. Buna görə də yarımmüdafiəni gücləndirmək qərarına gəldik. Bununla həm də meydanın mərkəzindəki üstünlüyü ələ keçirmək istəyirdik. Xoşbəxtlikdən bu, bizdə alındı. Nəticədə də çox vacib qələbə qazandıq”.
