23 oktyabr 2011 21:17
Toni Adams 1 xaldan razı qaldı
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 10-cu turunun “İnter”lə səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin britaniyalı çalışdırıcısı 0:0 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları dilə gətirib:
“İnter”in çempion olmaq üçün çox yaxşı şansı var. Bu günkü oyundakı nəticəyə gəlincə, ehtiyat oyunçular skamyamızın qısa olduğunu nəzərə alsaq, nəticədən razı qaldım. Hətta 3 zədəli futbolçumuzu da bu oyunun iştirak ərizəsində salmalı olmuşduq. Oyuna görə yetirmələrimə minnətdaram”.
