24 oktyabr 2011 18:00

Amit yarım saat oynadı, komandası lider oldu (YENİLƏNİB)

Türkiyənin Bank Asya birinci liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Kayseri Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.

Həmyerlimizin komandası doğma meydanda “Giresunspor”la qarşılaşıb. Bundan öncə keçirdiyi yeddi oyunun dördündə heç-heçə edib, üçündə qələbə qazanan Kayseri təmsilçisi mövsümün 3 yenilməz komandasından biriydi. Kayserililər uğurlu seriyanı bu oyunda da davam etdiriblər. Komanda son dəqiqələrdə vurduğu qələbə topu sayəsində zirvəyə yüksəlib.

Komandasının əsas heyət oyunçularından birinə çevrilən Amitin bu dəfə də oynaması istisna olunmurdu. Lakin həmişəkindən fərqli olaraq bu dəfə Fikret Yılmaz onu ehtiyatda saxlamışdı. Çalışdırıcısı həmyerimizi matçın 59-cu dəqiqəsində Metin Tuğlunun əvəzində döyüşə atıb. Məhz Quluzadənin meydanda çıxmasından sonra komandası qələbəni təmin edib.
 
Bank Asya birinci liqa
8-ci tur
24 oktyabr
 
Kayseri Erciyesspor – Giresunspor - 1:0 (0:0)
Qol: Posinkoviç, 89.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.