23 oktyabr 2011 11:38
“Görünür, Foqtsun komandasına lazım deyiləm”
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov Premyer Liqanın 10-cu turunun “Simurq”la oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Zaqatala klubu ilə oyunu necə dəyərləndirərdiz?
- Çətin oyun alındı. Amma bu, gözlənilən idi. Zaqatala səfəri Premyer Liqanın bütün klubları üçün ən çətinlərdən hesab olunur. Yadımdadı, ötən mövsümdə də minimal hesabla qalib gəlmişdik. Qələbə topunu ancaq son dəqiqələrdə vura bildik.
- Çətin oyun alındı. Amma bu, gözlənilən idi. Zaqatala səfəri Premyer Liqanın bütün klubları üçün ən çətinlərdən hesab olunur. Yadımdadı, ötən mövsümdə də minimal hesabla qalib gəlmişdik. Qələbə topunu ancaq son dəqiqələrdə vura bildik.
- Amma əsas 3 xal idi ki, onu qazandınız...
- Biz son iki oyunda 6 xal qazanmağı planlaşdırmışdıq. Amma belə alındı ki, “Rəvan”la oyunda xal itirdik. Bu üzdən “Simurq”la oyunda qələbə qazanmağa borcluyduq. Əks halda turnir cədvəlindəki durumumuz daha da pisləşə bilərdi. İndi fərq bir qədər azalıb. Qarşıda isə ehtiyatda olan oyunumuz var. Ona hazırlaşmalıyıq.
- Hansı ki, çempiona qarşı oynayacaqsız...
- Hər iki komanda xeyli xal itirib. Bizim kimi, onlar üçün də vacib oyun olacaq. Şəxsən mən belə düşünürəm ki, heç-heçə də “Qarabağ” üçün pis nəticə sayılmaya bilər. Qələbə isə çox şeyə dəyəcək.
- Hesab etmirsiz ki, “Qarabağ” bu mövsüm daha çox nəticəyə oynayır? Axı sizi Premyer Liqanın ən baxımlı oyun sərgiləyən komandası hesab edirlər...
- Mən belə deməzdim. “Simurq”un qapısına çox gözəl qol vurduq. Əksinə, bizdə indi elə yeganə çatışmayan şey nəticə qazanmaqda çətinlik çəkməyimizdi. Oyun planı baxımından bizdə hər şey qaydasındadı. Sadəcə, çoxlu xal itiririk.
- Sonuncu dəfə rəqiblərinizi nə vaxt darmadağın etmisiz?
- Hələ ki, belə qələbəmiz yoxdu. Bu da qol vəziyyətlərinin pis reallaşdırılmasından irəli gəlir. Götürək, elə “Rəvan”la oyunu. Əgər ələ düşən imkanların 50 faizindən yararlana bilsəydik, onları 3-4 top fərqiylə məğlub edərdik.
- Bəs İlqar Qurbanovun son oyunun axırlarında vaxtı uzatması nədən xəbər verir?
- “Qarabağ” digər klublardan fərqli olaraq, belə şeyləri sevmir. Başqaları kimi qazonda uzanıb, vaxt öldürmürük. Amma etiraf edirəm ki, hərdən bu da lazım olur.
- Sentyabr ayındakı dəvətdən sonra sizi Azərbaycan millisinə çağırılan görmədik...
- Artıq belə sualları mənə verməyin. Berti Foqtsun öz taktikası var. Yəqin ki, mən komandaya lazım deyiləm.
- Yəqin ki, baş məşqçi dəyişikliyini gözləyirsiz?
- Mənim üçün fərqi yoxdu. Qoy AFFA həll etsin. Hər şeyə onlar qərar verəcək.
- Mənim üçün fərqi yoxdu. Qoy AFFA həll etsin. Hər şeyə onlar qərar verəcək.
