24 oktyabr 2011 00:01
İngiltərə çempionatı: MY Old Trafforda biabır oldu (YENİLƏNİB)
İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunun əksər qarşılaşmaları ilk oyun günündə keçirilib.
“Wolverhampton” dogma meydanda “Swansea” ilə qarşılaşıb və son anda iki ardıcıl qol vuraraq yenilgidən yaxa qurtarıb. “Aston Villa” isə “West Bromwich”ə yenilgidən qaça bilməyib. “Bolton” “Sunderland”ə 2 cavabsız qolla yenilərkən, “Newcastle” minimal hesabla “Wigan”ı üstələyib. “Liverpool” isə gözlənilmədən “Norwich”lə ev oyununda xal itirib.
Tura bazar günü keçirilən 5 oyunla yekun vurulub. “Arsenal” evdə “Stoke City” ilə üz-üzə gəlib və qələbə qazanıb. “Tottenham” isə səfərdə “Blackburn”dən üstün olub. “Chelsea” “Queens Park”ın qonağı olub. Qarşılaşmanın 10-cu dəqiqəsində penaltidən qol buraxan "zadəganlar" az sonra Bosinqva və Droqbanın meydandan qovulması nəticəsində oyunu 9 nəfərlə davam etdirməli olub. Qonaqlar çox çalışsalar da, məğlubiyyətdən qaça bilməyiblər və xal itiriblər. “Fulham” “Everton”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.
Turun mərkəzi oyununda isə “Manchester United” və “Manchester City” üz-üzə gəlib. Mançester derbisi heç kimin gözləmədiyi hesabla bitib. Belə ki, "qırmızı şeytanlar" doğma meydandan böyük hesabla məğlub olublar.
İngiltərə Premyer Liqası
9-cu tur
22 oktyabr
Wolverhampton – Swansea – 2:2
Qollar: Doyl, 84, Ohara, 86 – Qraham, 23, Allen, 35.
Aston Villa - West Bromwich – 1:2
Qollar: Bent, 23-pen – Olsson, 45, Şarner, 57.
Matçın 36-cı dəqiqəsində qonaqların oyunçusu Brunt penaltidən yararlana bilməyib
Bolton – Sunderland – 0:2
Qollar: Sessegnon, 82, Bendtner, 90.
Newcastle – Wigan – 1:0
Qol: Kabaye, 81.
Liverpool – Norwich – 1:1
Qollar: Bellami, 45 – Holt, 60.
23 oktyabr
Arsenal - Stoke City - 3:1
Qollar: Cervinyo, 27, Van Persi, 73; 82 - Krauç, 34.
Fulham - Everton - 1:3
Qollar: Ruis, 68 - Drente, 3, Saha, 90, Roduel, 90+2.
Manchester United - Manchester City - 1:6
Qollar: Fletçer, 81 - Balotelli, 22; 60, Aquero, 69, Dzeko, 90; 90+4, Silva, 90+1.
Blackburn – Tottenham - 1:2
Qollar: Formika, 28 - Van der Vaart, 15; 58.
Queens Park - Chelsea - 1:0
Qol: Helquson, 10-pen.
|
1
|
33-7
|
26
|
25
|
|||||
|
2
|
26-12
|
14
|
20
|
|||||
|
3
|
20-10
|
10
|
19
|
|||||
|
4
|
12-6
|
6
|
19
|
|||||
|
5
|
15-13
|
2
|
16
|
|||||
|
6
|
12-10
|
2
|
15
|
|||||
|
7
|
15-18
|
-3
|
13
|
|||||
|
8
|
11-12
|
-1
|
12
|
|||||
|
9
|
7-11
|
-4
|
12
|
|||||
|
10
|
7-14
|
-7
|
12
|
|||||
|
11
|
11-11
|
0
|
11
|
|||||
|
12
|
9-11
|
-2
|
11
|
|||||
|
13
|
10-12
|
-2
|
10
|
|||||
|
14
|
12-10
|
2
|
9
|
|||||
|
15
|
9-14
|
-5
|
9
|
|||||
|
16
|
8-14
|
-6
|
8
|
|||||
|
17
|
11-12
|
-1
|
7
|
|||||
|
18
|
12-24
|
-12
|
6
|
|||||
|
19
|
6-15
|
-9
|
5
|
|||||
|
20
|
10-20
|
-10
|
5
|
