23 oktyabr 2011 12:09
Ufuk Budaq oynadı, Freiburg qələbə qazandı
Almaniya Bundesliqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan çempionatda 14-cü turun oyunları baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budağın da heyətində yer aldığı “Freiburg” səfərdə “Greuther Furth” komandası ilə qarşılaşıb.
Millimizin üzvü meydana 44-cü dəqiqədə çıxıb. O, meydana çıxanda artıq oyundaşları meydan sahiblərinin qapısına iki qol vurub. Ufuk meydanda olduğu dəqiqələrdə meydan sahibləri buraxılan qollardan birinin əvəzini çıxıblar. Beləcə, qarşılaşma 2:1 hesabıyla “Freiburg”un xeyrinə başa çatıb.
Qeyd edək ki, Ufuk Budağın komandası 14 turdan sonra 19 xalla 9-cu pillədə qərarlaşıb.
