23 oktyabr 2011 00:32
Böyükağa Hacıyev: İki hücumçu almalı olacağıq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 10-cu turunun “Kəpəz”lə oyunundan sonra komandasının hücum xəttindən narazılığını dilə gətirib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı qış fasiləsində bu problema yoluna qoymaq üçün fəal olacaqlarını bildirib:
“Təəssüf ki, bizim hücumçularımız onlardan gözlədiyimiz oyunu göstərə bilmirlər. Emil Mpenza ümumiyyətlə görünmür. Bahodir Nasimov da passivdi. Əgər belə davam etsə, bizə iki hücumçu almaq lazım gələcək. Mən "Neftçi"nin çempionluq titulunu saxlaması barədə vədimdən imtina etməmişəm”.