24 oktyabr 2011 13:07
Talıbov da 6 oyundan yalnız ikisinə düz proqnoz verdi
Azərbaycan futbolunun veteranlarından olan Əfqan Talıbov Premyer Liqamızın 10-cu turunun oyunları ilə bağlı verdiyi proqnozlardan dördündə yanılıb. Azerisport.az xəbər verir ki, o, cəmi 2 görüşün nəticəsini öncədən düzgün proqnozlaşdırsa da, qalanlarının nəticəsini müəyyənləşdirə bilməyib.
Belə ki, Talıbov “Qarabağ”ın “Simurq”u, həmçinin “Turan”ın “Sumqayıt Şəhər”i yenəcəyini öncədən dəqiq müəyyənləşdirib. Lakin onun “Bakı”nın “Xəzər Lənkəran”ı, “Neftçi”nin “Kəpəz”i, “Qəbələ”nin “İnter”i məğlub edəcəyinə, həmçinin AZAL – “Rəvan” matçında heç-heçə olacağına dair proqnozları düz çıxmayıb.
