24 oktyabr 2011 13:39

Slavço Georgiyevski: Barcelona da xal itirir

“Neftçi”nin yarımmüdafiəçisi Slavço Georgiyevski Premyer Liqanın 10-cu turunun “Kəpəz”lə oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- “Kəpəz”lə oyununuzu necə qiymətləndirirsiz?
- Biz kifayət qədər yaxşı oyun sərgiləməyimizə baxmayaraq, xal itkisindən qaça bilmədik. Bu nəticəyə görə özümüz günahkarıq. Çünki qol vurmaq üçün bir neçə şansı boşa verdik. Onları dəyərləndirmək lazım idi. Bu qədər vəziyyəti boşa vermək üzücüdü.

 
- Komandada bu dəfə nə çatışmadı?
- Biz bütün oyun boyu hücumda olduq. Amma top heç cür rəqib qapısına getmək istəmirdi. Rəqib isə qapımızı bir təhlükəli zərbə endirdi, o da qol oldu. Sadəcə, bəxtimiz gətirmədi. “İnter”lə oyunda da belə olmuşdu.
 
- Yəqin ki, dördüncü yer sizi o qədər də sevindirmir...
- İndi turnir cədvəlindəki vəziyyətin o qədər də vacib əhəmiyyət daşıdığını düşünmürəm. Hələ çempionat yeni başlayıb. Birincilik gələn il mayın ortalarında başa çatacaq. Hər şey qabaqdadı. Amma təbii ki, biz nəticələrimizi daha da yaxşılaşdırmalıyıq.

- Qarşıdakı “Qarabağ”la oyun haqda nə düşünürsüz?
- “Qarabağ” yaxşı komandadı. Gözəl komanda oyunu sərgiləyir. Bu komanda haqda çox danışmaq istəmirəm. Onsuz da onların necə yaxşı komanda olduğunu hamı bilir. Prinsipial oyun olacaq. Ona görə də yaxşı hazırlaşmalı, daha çox çalışmalıyıq. Bu qarşılaşmadan qalib ayrılmaq istəyirik.

- Ağdamlıların heyətində kimi xüsusi qeyd edərdiz?
- Kapitanından qapıçısına kimi hamısı yaxşı oyun sərgiləyir. “Qarabağ” komanda oyunu sərgilədiyi üçün, ayrıca kimisə vurğulamaq çətindi.
 
- Bu oyundan nə gözləyirsiz?
- Biz ancaq qələbə qazanmağa çalışacağıq. Bu, bizim hədəfimizdi. Amma istənilən halda belə rəqibə qarşı çox çətin olacaq. Hər şey ola bilər. Böhran bütün komandalarda olur. Məsələn, İspaniyada “Barcelona” da çətinliklərlə üzləşir, öz meydanında heç-heçə edir. Yəni, bu, futboldu, heç kim öncədən nə baş verəcəyini bilmir. Amma biz çalışacağıq ki, klubun prezidenti Sadıq Sadıqov, baş məşqçi, azarkeşlər razı qalsınlar.
 
- Son dövrlərdə həm Bahodir Nasimov, həm də Emil Mpenza demək olar ki, görünmür. Sizcə, onların bu susqunluğu nə ilə bağlıdı?
- Burda nə demək olar ki? Ötən mövsüm əvvəlcə Nasimov qolları sıralayırdı, sonra Flavinyo fəallaşdı, sonda da Mpenza başladı. İndi də Fərid Quliyev vurur. Bu, çox yaxşıdı. Daha vacib olan komandanın qol vurmasıdı, ayrıca kimlərinsə yox.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.