24 oktyabr 2011 13:45
Neftçi Elmar Baxşiyevi cəzalandırdı
"Neftçi"nin təcrübəli yarımmüdafiəçisi Elmar Baxşiyev əvəzedici heyətə göndərilib. Azerisport.az xəbər verir ki, o, məşqçilər korpusunun qərarı ilə “flaqman”ın Premyer Liqanın "Kəpəz" klubu ilə qarşılaşmasından öncə oyun praktikasının artırılması üçün əvəzedici komandaya göndərilib.
Lakin Elmar Baxşiyev əvəzedici heyətdə məşq prosesi keçməkdən və oynamaqdan imtina edib. Buna görə o, klubun daxili intizam kodeksinə əsasən cəzalandırılıb.
