24 oktyabr 2011 16:12

Ceyhun Sultanov: XL-dan da xal ala bilərik

“Kəpəz”in yarımmüdafiəçisi Ceyhun Sultanov Premyer Liqanın 10-cu turunun “Neftçi” ilə oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablayıb. Təcrübəli orta sahə oyunçusu öncə bunları dilə gətirib:

“Təəssüf ki, bu oyuna “Qəbələ”yə 0:2 hesablı yenilginin ardından çıxmışdıq. Ona görə də bu oyunda qələbə qazanmaq, ən azı heç-heçəyə nail olmaq istəyirdik. Sonda məhz bərabərlik qeydə alındı”.
 
Gəncə klubunun lideri komandasının çoxsaylı qol epizodlarını boşa verməsini belə dəyərləndirib: “Bu, futboldu. Çox qol vurmaq da olar, buraxmaq da. Əsas odu, komandan qələbə qazansın”.

Sultanovun fikrincə, “Neftçi” ilə heç-heçə qətiyyən pis nəticə deyil: “Deməzdim ki, bizdə bu oyunda nəsə çatışmırdı. Ola bilsin ki, ikinci hissə başlayan kimi qol buraxmağımızın müəyyən təsiri oldu. Həm də rəqib ilk yarıya nisbətən, fasilədən sonra daha fəal idi. Hesab edirəm ki, belə rəqiblə oyunda 1 xal da qənətbəxş nəticədi”.
 
“Kəpəz”in kapitanı komandasının qarşıdakı “Xəzər Lənkəran”la oyununa da toxunub: “Şübhəsiz ki, “Xəzər Lənkəran”la oyunumuz çox ağır olacaq. Çünki bu oyun səfərdə baş tutacaq. Amma hesab edirəm ki, biz istənilən komandaya başağrı yarada bilərik. Hər halda Lənkəranda da öz oyunumuzu sərgiləməyə, ən azı xal qazanmağa çalışacağıq. Əlbəttə, XL ölkənin ən güclü klublarından hesab olunur. Amma biz də “Bakı”nı səfərdə yenmişik, “Neftçi”dən xal almışıq. Fikrimcə, bu oyunda da sürpriz edəcək gücdəyik”.

“Kəpəz”in yarımmüdafiəçisi komandasının oyunlara heç də yaxşı motivasiya ola bilməməsinə də münasibət bildirib: “Liderlərə qarşı biz çox yaxşı oynayırıq. Amma qalanlarına qarşı o dərəcədə də yox. Deməzdim ki, bu, motivasiya ilə bağlıdı. Sadəcə, güclü komandalara qarşı hazırlaşmaq daha asan olur”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.