24 oktyabr 2011 17:22
Neftçi – Qarabağ matçının hakimləri açıqlandı
Sabah futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq sözügedən oyuna hakim təyinatları açıqlanıb.
Azərbaycan derbisi Rövşən Əhmədova tapşırılıb. Onun köməkçiləri ilə aşağıda tanış ola bilərsiz:
Premyer Liqa
1-ci turun oyunu
25 oktyabr (çərşənbə axşamı)
Neftçi - Qarabağ
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, İlham Əliyev, Əliyar Ağayev
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 15:00.
