24 oktyabr 2011 17:37
Kubok oyunlarına da hakim təyinatları açıqlandı
Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Məlum olduğu kimi, bu mərhələdə 10 komanda mübarizə aparır və onlar 1 oyundan ibarət mübarizədə növbəti mərhələyə yüksələcək 5 xoşbəxtin adını müəyyənləşdirməlidilər.
Qeyd edək ki, bütün oyunlar saat 14:00-da başlayacaq. Təyinatlar isə aşağıdakı kimidi:
Azərbaycan kuboku
1/16 final oyunları
26 oktyabr (çərşənbə)
"Şahdağ" - "Muğan"
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elşən Durmuşov, Ziya Nəsirov
Şövkət Orduxanov adına Qusar şəhər stadionu
"Tərəqqi" - "Neftçala"
Hakimlər: Ceyhun Haşımov, Elşən Acalov, İsgəndər Əliyev, Ramil Əhmədov
Gəncə şəhər stadionu
"Lokomotiv" - "Sumqayıt Şəhər"
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Xəlil Hüseynli
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu
"Şuşa" - "Qaradağ Lökbatan"
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Ruslan Quliyev, Rəşad Aydınov
"Şəfa" stadionu
"Bakılı" - "Karvan"
Hakimlər: Fuad Həsənov, Aleksandr Musatkin, Nahid Əliyev, Hümmət Məmmədov
"Şəfa" stadionu, IV meydança
