24 oktyabr 2011 17:41
Makedoniya yığması millimizə rəqib oldu
Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı 5-ci qrupda mübarizə aparacaq sonuncu komanda müəyyənləşib. Azerisport.az xəbər verir ki, ilkin seçmə mərhələnin E qrupunda 1-ci yeri tutan Makedoniya yığması, əsas seçmə mərhələdə Azərbaycan, Xorvatiya və Ukrayna milliləri ilə eyni qrupda dünya çempionatına vəsiqə uğrunda yarışacaq.
Qeyd edək ki, bu mərhələnin oyunları dekabrın 14-dən 18-dək olan müddətdə keçiriləcək.
