24 oktyabr 2011 17:56
AFFA-nın turnirinin başlanma tarixi dəyişdirildi
AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkil etdiyi eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında futzal üzrə “Payız turniri” başlanma tarixi dəyişdirilib. Azerisport.az xəbər verir ki, sözüegedə turnirin öncədən 25-27 oktyabr tarixlərində keçiriləcəyi bildirilirdi.
Lakin AFFA bu gün yaydığı məlumatda bildirir ki, turnir oktyabrın 27-dən 29-dək olan müddətdə keçiriləcək.
