24 oktyabr 2011 11:22
“Azərbaycan Premyer Liqasında elələri yoxdu”
“İnter”in braziliyalı müdafiəçisi Danildo Assioli Premyer Liqanın 10-cu turunun “Qəbələ” ilə oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablayıb.
- Nəticədən razı qaldınız?
- Nəzərə alsaq ki, birinci hissədən sonra biz qalib gəlirdik, nəticədən razı qolmaq o qədər də asan deyil. Çünki sonda qələbə qazana bilmədik. Amma bütövlükdə, heç də pis nəticə deyil.
- Qələbə qazanmağınıza nə mane oldu ki?
- Qapımıza təyin olunan penalti (gülür). Rəqibimiz özünü yaxşı tərəfdən göstərdi. Düzdü, biz də pis oynamadıq. Bəzi epizodlarda hətta üstün idik. “İnter” qələbəyə çox yaxın idi.
- Qapımıza təyin olunan penalti (gülür). Rəqibimiz özünü yaxşı tərəfdən göstərdi. Düzdü, biz də pis oynamadıq. Bəzi epizodlarda hətta üstün idik. “İnter” qələbəyə çox yaxın idi.
- Rəqibiniz isə başqa cür hesab edir...
- Bu, normaldı. Amma əgər qol vəziyyətlərini götürsək, biz daha yaxşı təsir bağışlayırdıq.
- Komandanız adətən hakimlərdən narazı qalır. Bu oyunda necə?
- Bizim qapımıza penalti təyin olunduğu epizoda yenidən baxmaq maraqlı olardı. Amma bütövlükdə, pis deyildi.
- Amma özünüz də penaltidən fərqləndiniz...
- Təkrara baxa bilərsiz. Məncə, hər şey ədalətli idi.
- “İnter” 3 çətin oyun keçirdi və heç də pis nəticə qazanmadı: XL-la (1:0) “Neftçi”ni məğlub edib, “Qəbələ”ylə də sülb bağladınız....
- Mən Premyer Liqanın oyunlarını çətin və asan deyə ayırmıram. Elələri bu turnirdə yoxdu. Düzdü, son turlarda 7 xal topladıq. Bunu pis nəticə saymıram. Çünki əks halda çox məyus olardıq. Amma buna görə hələ çox sevinməyə də dəyməz.
