24 oktyabr 2011 11:31
Neftçi ilə oyun öncəsi Qarabağa 3 xoş xəbər
“Qarabağ” “Neftçi” ilə Premyer Liqanın 1-ci turundan təxirə salınan oyunun - derbinin hazırlıqlarına dərhal başlayıb. Azerisport.az xəbər verir ki, cümə günü Zaqatalada “Simurq”la qarşılaşan komanda Bakıya qayıdan kimi ilk məşqə çıxıb.
Şənbə günü baş tutan çalışma bərpaedici xarakter daşıyıbsa, dünən komanda 90 dəqiqəlik məşq keçib. Sabah “Neftçi”nin qonağı olacaq Ağdam təmsilçisi bu gün 1 saatlıq məşqlə hazırlığını tamamlayacaq.
“Simurq”la oyunda zədə səbəbindən meydana çıxmayan Qara Qarayev hazırdısa, eyni səbəbdən Zaqatalaya aparılmayan Vüqar Nadirov və Nderim Nedzipi artıq komandayla məşqə çıxır.
