25 oktyabr 2011 13:11
Superkubok oyunu Gəncədə keçiriləcək
Məlum olduğu kimi, Peşəkar Futbol Liqası “Neftçi” və “Xəzər Lənkəran” arasında Azərbaycan Superkuboku uğrunda oyun keçirmək istəyir. Lakin qurum rəhbərliyi bu oyun üçün məkan və vaxt müəyyənləşdirməkdə müəyyən çətinliklərlə üz-üzədi.
Lakin hazırda bu problemlərin yoluna qoyulması üçün işlər aparılır. Superkubok matçının yeni il öncəsi keçirilməsi planlaşdırılır.
Qarşılaşmanın isə Gəncə şəhər stadionunda keçirilməsi ehtimalı daha yüksək qiymətləndirilir. Hazırda PFL “Neftçi” və “Xəzər Lənkəran”dan bununla bağlı cavab gözləyir.
