25 oktyabr 2011 13:33

Neftçi: Qarabağla oyunun baş hakimi dəyişdirilsin!

“Neftçi” futbol klubu Premyer Liqanın 1-ci turundan təxirə salınan və bu gün keçiriləcək “Qarabağ”la oyun öncəsi bəyanat yayıb. Azerisport.az həmin bəyanatı olduğu kimi təqdim edir:
 
“Son vaxtlar "Neftçi"nin iştirakı ilə keçirilmiş oyunların ətrafinda süni şəkildə xoşagəlməz  söz-söhbətlər yaradılır.  Komandanın qələbə qazandığı oyunlarda mütləq hakim səhvləri və qərəz axtarılır. "Neftçi" məğlub olduqda isə bu böhtanlar müvəqqəti də olsa səngiyir. Məhz elə hakim səhvləri ucbatından "Neftçi" bəzi oyunlarda xal itirdi. Təkcə son turda "Kəpəz"lə matçda qeydə alınmayan qolumuz buna bir daha sübutdur. Çempionluğa oynayan bir komanda üçün 1 xalın belə nə qədər böyük əhəmiyyət kəsb etməsindən danışmaq yersiz olar. 74 illik tarixi olan bir klubun yalançı uğurlara ehtiyacı yoxdur. İlk turdan təxirə salınmış "Neftçi" – "Qarabağ" görüşü başlamamışdan əvvəl süni şəkildə söz-söhbətlər yaradılır. Bütün bunlar klublar arasında olan dostluq münasibətlərinə xələl gətirməyə xidmət edir. Məhz "Neftçi" klubu futbolumüzu düşünərək, Azərbaycan təmsilçisinin avrokuboklardakı çıxışını nəzərə aldı və "Qarabağ"la görüşün təxirə salınmasına razılıq verdi. Bəziləri tərəfindən bu matça təyinat almış hakimin qərəzli qəbul edəcəyi ehtimal edilir. "Neftçi" klubu olaraq bəyan edirik ki, əgər futbolumuza ləkə gətirən belə şayiələr varsa, oyunun baş hakimi dəyişdirilsin. "Neftçi" klubu olaraq hətta məğlub olduğumuz qarşılaşmalarda belə ədalətin tərəfində olmuşuq. "Neftçi" bu günə qədər Azərbaycan futbolunun inkişafına xidmət edib və bundan sonra da edəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.