25 oktyabr 2011 14:34
Qarabağ Neftçiyə qalib gələcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 1-ci turundan təxirə salınan “Neftçi” – “Qarabağ” oyunu necə bitəcək” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyini təqdim edirik.
Beləliklə, sorğuda iştirak edənlərin böyük əksəriyyəti bu oyunda “Qarabağ”ın qalib gələcəyini düşünür. Buna inananlar 50 faiz təşkil edir.
Respondentlərin 26 faizi “Neftçi”nin qalib gələcəyini düşünür. Qalan 24 faiz isə Azərbaycan derbisinin heç-heçə bitəcəyini proqnozlaşdırır.
