25 oktyabr 2011 14:47
Starkov: Jabanın het-triki Verpakovskiyə kömək edə bilər
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 10-cu turunun “Xəzər Lənkəran”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Xəzər Lənkəran”la oyununuzu necə qiymətləndirirsiz?
- Oyunumuzdan razıyam. Qələbəyə oynayırdıq. Parks hücumda özünü çox yaxşı göstərdi. Bu gün ön xəttə liderliyini sübut etdi. Oyunun sonlarında azlıqda oynadıq. Bu, komandanın oyununa təsirsiz ötüşmədi. Nəticədən razı qalmasam da, sərgilədiyimiz oyun sevindirməyə bilməz.

- Komanda Marko Şarliyanın iki kobud səhvi nəticəsində qələbədən oldu...
- Əlbəttə, başqa cür daha yaxşı olardı. Amma oyunçularımın ayrıca səhvlərindən danışmaq istəmirəm.
- “Xəzər Lənkəran”la matçı mövsümün ən yaxşı oyunu adlandırmaq olar?
- Mən bu oyunu ən baxımlı adlandırardım. Hər halda buna imkan verən mini-stadionumuz da var idi ki, yaxşı ot örtüyünün olması baxımlı oyuna imkan verirdi.
- Böyük ehtimalla mövsümün sonuna kimi klubun bazasında oynamalı olacaqsız...
- İlk növbədə onu qeyd edim ki, burda oynamaq çox rahatdı. Dediyim kimi, yaxşı qazonu var. Oyun zamanı da əsl futbol atmosferi olur.
- Amma növbəti turda sizi Quzanlıya səfər gözləyir...
- “Qarabağ” Azərbaycanın ən yaxşı oyun sərgiləyən komandasıdı. Onlarla qarşılaşmaq hər zaman maraqlıdı. Ümid edirəm ki, orda üstün tərəf biz olacağıq.
- Jabanın əvəzedici komandada het-trik etməsini necə qarşıladınız?
- Onu ancaq təbrik edə bilərəm. Ötən mövsümün sonundan etibarən mən başqa futbolçulara üstünlük verirəm. Burda ciddi heç nə yoxdu. Mənim yanaşmam tam peşəkar şəkildədi. Ola bilsin ki, bu üç qol Verpakosvkiyə kömək etsin. Parksa artıq kömək etdi, XL-la oyunda iki qol vurdu.

- Deməli, Jabanı istənilən halda əsas komandada görməyəcəyik?
- Bilmirəm. Ola bilər, siz onu görəsiz. Bu gün üçün mən Parksa, Verpakovskiyə, Fabioya, Çesnauskiyə və digərlərinə üstünlük verirəm. Üstəlik, Elvin Məmmədov. O, yüksək səviyyəli oyunçudu.
- Bilmirəm. Ola bilər, siz onu görəsiz. Bu gün üçün mən Parksa, Verpakovskiyə, Fabioya, Çesnauskiyə və digərlərinə üstünlük verirəm. Üstəlik, Elvin Məmmədov. O, yüksək səviyyəli oyunçudu.
- “Bakı” nə vaxt sabit oynamağa başlayacaq?
- Biz komanda yarardırıq. Heç bir şey dərhal mümkün olmur. Sizə vaxt versəm, məsuliyyətsizlik etmiş olaram. Amma maksimum əlimizdən gələni edirik ki, bizim üçün hər şey edən klub rəhbərliyinin etimadını doğruldaq.