25 oktyabr 2011 15:21
Millimizin Portuqaliya ilə oyununun vaxtı bəlli oldu
Futzal üzrə Avropa çempionatının final mərhələsində D qurupunda mübarizə aparacaq Azərbaycan milli komandasının keçirəcəyi oyunların tarixi dəqiqləşib. Azerisport.az millimizin oyunlarının təqvimi ilə sizi də tanış edir.
Qeyd edək ki, yığmamızın qrupunda Portuqaliya və Serbiya seçmələri yer alır. Azərbaycan ilk oyunu fevralın 1-də portuqallara, növbəti matçını isə ayın 3-də serblərə qarşı keçirəcək.
Onu da əlavə edək ki, 2012-ci il yanvarın 31-də start götürəcək futzal üzrə AÇ-2012-nin oyunları Xorvatiyanın Zaqreb və Split şəhərlərində keçiriləcək. Çempionat fevralın 11-də başa çatacaq.
Portuqaliya – Azərbaycan
1 fevral 2012-ci il. Saat 00:00. Zaqreb şəhəri.
Azərbaycan – Serbiya
3 fevral 2012-ci il. Saat 23:30. Zaqreb şəhəri.
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
